turklehceleri.org

qərar

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qərar

I. is. [ər.]
1. Bir məsələni müzakirə etdikdən sonra, hamı tərəfindən çıxarılan nəticə; qətnamə. Qərar layihəsi. Qərarı müzakirə etmək. • Qərar vermək (qoymaq) – bir şeyi müzakirə etməkdən, yaxud bir şey haqqında düşündükdən sonra müəyyən nəticəyə gəlmək, qəti bir fikrə gəlmək, qət etmək. Bir neçə gün Şəbanın yanına dost və aşna gəldi; axırda Şəban arvadını da götürüb öz evinə köçməyə qərar qoydu. Ə.Haqverdiyev. Qərara gəlmək (almaq) – qərar çıxarmaq, qərar qəbul etmək. [Baba:] ..Yığıncağınızda nə qərara gəldiniz? S.S.Axundov; // bax. qərar vermək (qoymaq). Axırda bu qərara gəldilər ki, .. qoca kəndli onların mübahisəsini həll etsin. S.S.Axundov. Məsmə otağını bir cavanəzənə yaraşacaq bir şəklə salmağı özünə bir həyat qayəsi qərar verir. S.Hüseyn. // Hüquq termini kimi. Məhkəmənin qərarı. Qərar qətidir. Məhkəmə qərar çıxardı. Məhkəmə qərarı və ya prokurorun icazəsi olmadan heç bir kəs həbs edilə bilməz.
2. Fikir, mülahizə; əzm. Heç bir şey məni öz qərarımdan daşındıra bilməz. – Heç bir təhlükə, heç bir qorxu [Firidunu] qərarından döndərə bilmədi. M.İbrahimov.
3. Qərarlaşma, sözləşmə, qabaqcadan danışıb şərtləşmə. Elə ki libas geyinmək tamam oldu, miraxur atı qabağa çəkdi, Yusif Sərracı mindirdilər ata, əsas qərari-sabiq üzrə dərbari-şahiyə rəvanə oldu. M.F.Axundzadə. ‣ Qərarla, qərar ilə – qayda ilə, qaydada, üsul ilə, tərz ilə, sayaq. [Hacı Nayib:] Əhvalat bu qərar ilədir ki, hər bir hakimin birinci vəzifəsi məmləkətin abadlığı və əhalinin istirahət və səadətidir. C.Məmmədquluzadə. Bu qərarla Təbrizdən hərəkət etdiklərinin 9-cu günü Dəclə çayı sahillərinə yaxınlaşdılar. M.S.Ordubadi. • Bir qərarla – bir qaydada; üsulu, qaydanı, sürəti, ahəngi və s.-ni dəyişdirmədən, müntəzəm surətdə. Su bir qərarla axır. Bir qərarla nəfəs almaq. Bir qərarla yerimək. Bir qərarla oxumaq.

II. is. [ər.] Durma, durum, sakit durma. // Aram, rahatlıq. Dilbər, sən gedəndən bəri könlümün; Nə səbri, sükutu, nə qərarı var. Q.Zakir. Könüldə yox qərarü səbr, ey arami-can, sənsiz. S.Ə.Şirvani. • Qərar tapmaq (tutmaq) – 1) bir yerdə, ya bir işdə sabitləşmək, dayanmaq. Olduğu yerdə qərar tapdı; 2) aram olmaq, sakitləşmək, rahat olmaq. Uşaq daha ağlamır, qərar tapdı. – Qərarım tutarmı onu anmasam; Onun xəyalıyla oda yanmasam? Ə.Cəmil. O, bir dəqiqə bir yerdə qərar tapmayaraq, sərbəst hərəkəti ilə öz azadlığını təsdiq etməyə can atırdı. Ə.Məmmədxanlı; 3) dayanmaq, yerləşmək, oturmaq. Paşanın adamları da hərəsi bir tərəfdə qərar tutdular. “Koroğlu”. Xan yuxarı başa keçib, bir yumşaq döşək üstündə əyləşib qərar tutdu. Ə.Haqverdiyev. Qərardan düşmək (getmək) – 1) daha dözə bilməmək, səbr edə bilməmək, səbri tükənmək; 2) huşu başından çıxmaq, özünü itirmək. Xəstə qızdırmanın şiddətindən qərardan getmişdi. Qərarı gəlməmək – səbri çatmamaq, hövsələsi çatmamaq, bir yerdə duruş tutmamaq. Musa kişi bütün günü heç bir iş görə bilmirdi. Nəyə əl atırdısa, qərarı gəlmirdi. M.İbrahimov. Qərarı kəsilmək – 1) səbri gəlməmək, səbri kəsilmək; 2) taqəti kəsilmək. Qərarı üzülmək – bax. qərarı kəsilmək. Qərarını almaq – bax. qərarını kəsmək. Qərarını kəsmək – səbrini, rahatlığını, aramını əlindən almaq, tükəndirmək. Gər kəsməsəydi bülbüli-zarın qərarını; Olmazdı aqibət özü həm biqərar gül. S.Ə.Şirvani.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qərar

I. nəticə, qətnamə
{netice, sonuç}

II. fikir, mülahizə
{düşünce, mülahaza}

III. durum
{durum}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qərar

karar, yargı


Son arananlar: