qəlyanaltı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qəlyanaltı
is. Səhər yeməyi. Starşinadan taqımın qəlyanaltı yeyib, .. iclasa yığışdığını bilincə, Mədətov yerindən qalxaraq qazmadan bayıra sıçradı. Ə.Əbülhəsən. // Yüngül yemək. ..Elə olmaz ki, günorta bir balaca qəlyanaltı hər nədən olsa olsun, amma axşam abi-guşt olmasa, mən heç yata da bilmərəm. N.Vəzirov. • Qəlyanaltı etmək (eləmək) – azacıq, yaxud tələsik bir şey yemək. Kimi geyinib pəncərə qabağında durur, .. kimi öz kupesində çay-çörək hazırlayıb qəlyanaltı eləyirdi. Mir Cəlal. // dan. Bəzən ayaqüstü yeməkxana mənasında.