turklehceleri.org

qəhqəhə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qəhqəhə

is. [ər.] Bərkdən gülüş, səslə gülmə. Bu sözə qarşı oturan sərxoşlardan qeyri-təbii qəhqəhələr eşidildi. M.S.Ordubadi. Ayrım qızının belə öyünməsindən, Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə qopdu. A.Şaiq. Ancaq qızı qəhqəhə ilə güləndə Mirzə Hüseyn gülümsünərək ayağa qalxdı. S.Rəhman. • Qəhqəhə çəkmək – qəhqəhə ilə gülmək; bərkdən, səslə gülmək. Tamam qorxunc bir qəhqəhə çəkərək, ildırım kimi çaya tərəf qaçır. S.S.Axundov. Sitarə ata-anasını görcək, qəhqəhə çəkib .. deyirdi: – Bilmirsiniz? Nişanlıma gül yığmağa getmişdim. Çəmənzəminli.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qəhqəhə

gülüş, qaqqıltı
{gülüş, kahkaha}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qəhqəhə

kahkaha


Son arananlar: