turklehceleri.org

qəflət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qəflət

is. [ər.]
1. Qafillik, xəbərsizlik. Qılma bizi qəflət ilə mədhuş; Həmsöhbətin eyləmə fəramuş. Füzuli. [Ziba xanım:] Vay sənin halına, vay sənin halına ki, qəflət gözünü örtübdür. M.F.Axundzadə. Bülbül, keçirtmə bağda qəflətdə ömrünü. S.Ə.Şirvani. • Qəflətdə olmaq – xəbərsiz olmaq, bilməmək. Həqiqətdə də mən öz səmimi dostlarım haqqında qəflətdə olmuşam. M.S.Ordubadi.
2. Cəhalət, avamlıq. • Qəflətdə saxlamaq – qəsdən ayılmağa, başa düşməyə qoymamaq, cəhalətdə saxlamaq.
3. Diqqətsizlik, qeydsizlik, huşsuzluq, səhlənkarlıq. • Qəflət eləmək (etmək) – diqqətsizlik, qeydsizlik göstərmək; unutmaq, nəzərdən qaçırmaq; səhlənkarlıq etmək. [Ağa Kərim:] Ağa Mərdan hər nə istəsə, ona yol tapar; onun müqabilində gərək qəflət eləməmək. M.F.Axundzadə. ‣ Qəflət yuxusu – ətrafında baş verən hadisələrdən tam xəbərsizlik. Vaiz sözünə tutma qulaq, qafil olma, kim; Qəflət yuxusunun səbəbi ol fəsanədir. Füzuli. ..Qadından təsadüfi öyrəndiyi əhvalat Xəlili sanki qəflət yuxusundan oyatdı. M.Hüseyn.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qəflət

I. qəfillik, xəbərsizlik
{habersizlik, bilmezlik}

II. cəhalət, avamlıq
{cehalet, cahillik}

III. diqqətsizlik, qeydsizlik, huşsuzluq, səhlənkarlıq
{dikkatsizlik, kayıtsızlık, akılsızlık, ihmalkârlık}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qəflət

gaflet


Son arananlar: