qədim
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qədim
sif. [ər.]
1. Çox köhnə zamanlara, çox uzaq keçmişə məxsus və aid olan. Qədim tarix. Qədim xalqlar. Qədim adətlər. Qədim abidələr. Qədim qala. Qədim mədəniyyət əsərləri. // Çox köhnə. Divarda bədənnüma bir cüt qədim güzgü vardı. S.Hüseyn. Göylərə baş vuran qədim binalar; Dayanmış əvvəlki əzəmətiylə. S.Vurğun. Bibiheybət Bakının qədim neft rayonlarından biri sayılırdı. M.Hüseyn.
2. məc. Köhnə, təcrübəli, əski. [Rəhim bəy] bir dünyagörmüş, neçə illər polis idarələrində qədim murovlar, pristavlar, naçalniklər yanında xidmət etmiş şirindil, zərif, gödəkboylu, altmış sinnini ötmüş bir kişi idi. Ə.Haqverdiyev. [Hacı Murad:] Məhərrəm bəy, .. nə əcəb qədim dostunuzu yadınıza saldınız? S.S.Axundov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qədim
köhnə, əski
{kadim, eski}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qədim
eski, kadim