qıça
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qıça
I. is. Ağac və ya gül budağı; bitkinin qolu. Qarğıdalı toxumu dən qıçadan ayrıldıqdan sonra diqqətlə təmizlənməli, onun cücərmə qabiliyyəti yoxlanılmalıdır. (Qəzetlərdən). Bəzən dənləri və özəyi ilə birlikdə bütün qıçanı üyüdüb un hazırlayırlar. “Zootexniya”. Sən vətən bağında güllü bir qıça; İyləyib nədəndir, doymuram səndən? S.Rüstəm.
II. is. Bir şeyin bölündüyü, ayrıldığı hissələrdən hər biri; tikə, parça, dilim. Bir qıça paxlava. Alma qıçası. Bir qıça soğan. – Gördüm ətəklərini dizinin altına soxdu, çayına da bir qıça qənd atdı. Qantəmir.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qıça
tikə, parça
{bölüm, parça}