turklehceleri.org

qızınmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qızınmaq

I. qayıd. Odun və ya günəşin qabağında, yaxud bir şeyin istisində öz bədənini qızdırmaq, istiləndirmək; isinmək. [Onlar] xırda qruplara ayrılıb, günün istisində qızınır və söhbət edirdilər. M.S.Ordubadi. Mən istədim ki, sizdə bir az qızınıb rahat olam. S.S.Axundov. Mahmud və yoldaşı çay içdikdən sonra, bir az qızınıb hallandılar. B.Talıblı. // Məc. mənada. İlk yaz günəşi ilə qızınan torpaq da sanki adamlar kimi .. nəfəs alır, ayılırdı. M.İbrahimov.

II. bax. qızmaq2. Bütün Təbrizdə sizdən başqa qızınıb etibar edəcəyim bir nəfər də adam tanımıram. M.F.Axundzadə.


Son arananlar: