qıpçaqlar
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qıpçaqlar
cəm, tar. XI-XII əsrlərdə cənubi rus torpaqlarını tutmuş, peçeneqlərə yaxın türkdilli xalq. Əya kim qulların qoçdur, Nəsimi qamudən kəmtər; Bəsa türkü, bəsa qıpçaq, bəsa zənci, bəsa hindu. Nəsimi. Son illərdə bir neçə basqında burunları yaxşıca ovulmuş qıpçaqlar çoxdan bəri buralara üz çevirmirdilər. M.Rzaquluzadə.