turklehceleri.org

qüsur

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qüsur

is. [ər.]
1. Eyib, nöqsan, çatışmayan cəhət, çatışmazlıq. Xoş gəlibdir, xoş saatda cahana; Yox gözəlliyinə qüsur, bahana. Aşıq Ələsgər. [Əsəd] bütün işlərin hazır olduğunu və bir qüsur qalmadığını xəbər verdi. M.S.Ordubadi. Bu şagirdin geyimi o qədər səliqəli idi ki, ən diqqətli göz belə onda bir qüsur tapa bilməzdi. Ə.Sadıq.
2. Təqsir, günah, qəbahət. Gər sən idrak eyləməzsən, bil ki, səndəndir qüsur. Nəsimi. ..“Tazə həyat”dan təvəqqe edirik ki, əgər qüsurumuz olsa, bizi bağışlasın, .. biz bir az xamıq və o cür yazmağı bacarmırıq ki, bir para adam bizdən inciməsin. C.Məmmədquluzadə. [Müəllim:] Sizinlə .. bu vaxta qədər tanış olmadığıma təəssüf edirəm. Bu qüsur mənimmi ya sizinmi? A.Şaiq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qüsur

I. eyib, nöqsan
{ayıp, noksan}

II. təqsir, günah, qəbahət
{kusur, günah, kabahat}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qüsur

arıza, kusur, pürüz, sakatlık


Son arananlar: