turklehceleri.org

qürub

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qürub

is. [ər.] Batma, üfüqün altına keçib görünməz hala gəlmə. Günəşin qürubu. Qürub vaxtı. – Günəş qürubunun qırmızı buludları günbatan tərəfi .. bürümüşdü. C.Məmmədquluzadə. Uçan durna, sönən qürub nağılları andırır. Ə.Cəmil. // Günbatan vaxt. Müşavirə qürubdan bir-iki saat keçənə qədər davam etdi. Çəmənzəminli. • Qürub etmək – 1) batmaq. Bu vaxt gün qürub etdi. M.F.Axundzadə. Gün qürub etməyə edirdi şitab; Kainata enirdi bir zülmət. C.Cabbarlı. Bir axşam günəş qürub edirkən yenə meşədən o səs yüksəldi. Ə.Məmmədxanlı; 2) məc. yox olmaq, zail olmaq. Qurtardı nisfi-şamdə, saqi, şərabımız; Etdi qürub, heyf, bizim afitabımız. S.Ə.Şirvani. // Günbatan tərəf, qərb. Günəş ətəklərini yavaş-yavaş qüruba doğru çəkməyə başlamışdı. A.Şaiq. Məxmər kimi yumşaq alaqaranlıq içində əlindəki kətmənə dirsəklənərək, üzü qüruba dayanıb gülümsəyən o gənc qadının çöhrəsində bir bahar təranəsi duyulurdu. İ.Əfəndiyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qürub

batma, günbatan
{batma, günbatımı}


Son arananlar: