qubar
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qubar
is. [ər.]
1. klas. Toz, torpaq.
2. məc. Kədər, dərd, qəm, qüssə. Getdi o köhnə qubari ki, gözümdə var idi. Heyran xanım. Zülmətin yer üzünü qaplaması; Qəlblərdə oyandırırdı qubar. C.Cabbarlı. Keçər ürək dərdi, könül qubarı; Gəl etmə meydançada cövlan, ayrılıq. N.Rəfibəyli. • Qubar bağlamaq – bax. qubarlanmaq. Qubar etmək (eyləmək) – kədərləndirmək, qəmləndirmək, dərdləndirmək. Göz yaşı tökdükcə könül; Dəxi də çox qubar eylər. Q.Zakir. İndi Mədəd muzdur şərtnamələrini xatırladıqca, onun ürəyində qubar etməyə başlayırdı. S.Rəhimov. Qubar olmaq – böyük dərd olmaq. Kədərin toplanıb qubar oldu; Nazənin cisminə məzar oldu. A.Səhhət.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qubar
I. toz
{toz}
II. kəder, dərd, qəm, qüssə
{keder, dert, gam, hüzün}