turklehceleri.org

qoyun

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qoyun

I. is. Ət, yun və süd verən sıx, qıvrım tüklü gövşək ev heyvanı. Alışan tayaların işığında hürküşüb bir-birinə qarışmış qoyun sürüləri mələşir. M.Rzaquluzadə. ‣ Qoyun kimi – təbiətcə çox yumşaq, həlim, sakit, dinc. Qoyunu qoyun ayağından, keçini keçi... – hər kəsə öz əməlinə, işinə və s.-yə görə yanaşmalı, qiymətləndirməli. Qoyunu qurda tapşırmaq – etibar edilə bilməyən adam haqqında. Qurdla qoyun bir yerdə otlayır – əmin-amanlıq, asayiş, dinclik mənasında.

II. is.
1. Ağuş, qucaq. Anası uşağı qoynuna alıb yatdı. – Necə ki, insana qurbağanı ələ alıb qoynuna qatmaq nagüvara gələr, elə də bəlkə bundan artıq Zeynəbə Xudayar bəyin iri burnuna və kifir sifətinə baxıb ona ər demək nagüvara və naxoş görünürdü. C.Məmmədquluzadə. Bütün bir səhəri yalvardım durdum; Boş qalmış qoynuna çiçək doldurdum. Ə.Cavad. // Obrazlı təsvirlərdə. Xəzər dənizinin qoynuna girmiş olan Bakı şəhərinin gecəsini .. elektrik işıqları alaqaranlıq bir səhərə çevirmişdi. A.Şaiq. [Beyrək] .. yüyürüb özünü köpüklənən dalğaların qoynuna atdı. M.Rzaquluzadə.
2. Paltarın döşə qovuşan yeri, döşü; qoltuq. Molla İbrahim Xəlil .. saatı qoyun cibindən çıxarıb baxır. M.F.Axundzadə. Mən kağızı qoynumdan çıxarıb ona verdim. M.S.Ordubadi. Kiçikxanım şəkli qoynuna qoydu. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qoyun

I. ağuş, qucaq
{aguş, kucak}

II. qoltuq
{koltuk}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qoyun

koyun


Son arananlar: