turklehceleri.org

qaçmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qaçmaq

f.
1. İti, cəld addımlarla getmək, çox iti getmək; yüyürmək. Hara belə qaçırsan? – Pərinisə hövlnak qaçdı ərinin yanına və bilmədi nə eləsin. C.Məmmədquluzadə. O, tələsik yerindən durub qapıya qaçdı. M.İbrahimov.
2. İş yerindən, həbsdən və s.-dən özbaşına getmək, xəlvəti getmək. ..İki nəfər dərsdən qaçıb, oturmuş imişlər çayın kənarında. C.Məmmədquluzadə. [İsmayıl:] Ay qardaş, Sibirdən qaçmaq ki qeyri-mümkündür. Ə.Haqverdiyev. // Salındığı, yaxud saxlandığı yerdən çıxıb getmək, uzaqlaşmaq. İnək tövlədən qaçmışdır.
3. İcazəsiz olaraq qoşulub getmək, evini, ailəsini tərk edib getmək. Qız bir oğlanla qaçdı.
4. Çəkinmək, saqınmaq, uzaqlaşmaq, əlaqə saxlamamaq, gözə görünməməyə çalışmaq. Pis yoldaşdan qaç. Tanışlardan niyə qaçırsan?
5. Boyun qaçırmaq, imtina etmək, yaxa qurtarmağa çalışmaq. O, aydın suala cavab verməkdən qaçır. Məsuliyyətdən qaçmaq.
6. Getmək, yox olmaq, çəkinmək. Rəngi qaçmaq. Yuxusu qaçmaq. Ləzzəti qaçmaq. – Saatlarca davam edən qarışıq fikirlər İbrahim xanı məşğul etdi, əsəbiləşdi, yuxusu tamamilə qaçdı. Çəmənzəminli. qaça-qaça zərf Qaçaraq, yüyürə-yüyürə, yüyürərək. Qaça-qaça gəlmək. – [Əşrəf:] Salatının qaça-qaça onlara yaxınlaşdığını görüb susdu. İ.Şıxlı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qaçmaq

I. ketmək, yüyürmək
{gitmek, koşmak}

II. çəkinmək, saqınmaq, uzaqlaşmaq
{çekinmek, sakınmak, uzaklaşmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qaçmaq

kaçmak, koşmak, tüymek


Son arananlar: