turklehceleri.org

qazıntı

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qazıntı

I. is.
1. Yer altından qazımaqla çıxarılan mədən və s. faydalı süxurlar. Təbiətdə faydalı qazıntılara ya ayrı-ayrı minerallar, ya da bir mineraldan ibarət olan süxurlar şəklində təsadüf edilir. M.Qaşqay.
2. Qədim dövrlərə aid maddi mədəniyyət əsərlərini, yaxud heyvan qalıqlarını yer altından qazıb çıxarma işi. Qazıntı işləri. Qazıntı nəticəsində tapılan qədim şəhərin qalıqları. – Türbənin daxilində aparılan qazıntı zamanı döşəmənin altında qəbirlər açılmış və burada dəfn edilmiş 7 adamın skeletləri meydana çıxarılmışdır. Salamzadə. // Ən qədim geoloji dövrlərdə yaşamış, indi isə yerin dərin qatlarından tapılan heyvanların, bitkilərin qalıqları. Heyvanların qazıntı halında tapılan qalıqları göstərir ki, keçmiş zamanlarda yaşamış heyvanlar indi yaşayan heyvanlardan fərqli imişlər. “Ümumi zootexniya”.

II. is.
1. Bir yerin və ya şeyin qazılmasından hasil olan qırıntı, tör-töküntü. Ət taxtası qazıntısı. Təknə qazıntısı.
2. Yazının qazılmış, bıçaq və s. ilə pozulmuş yeri.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qazıntı

qırıntı, tör-töküntü
{kırıntı, döküntü}


Son arananlar: