turklehceleri.org

qayırmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qayırmaq

f.
1. Emal etmək, hazırlamaq, istehsal etmək. Bu fabrikdə mebel qayırırlar. Süddən pendir qayırırlar. Usta güzgü qayırır. – Şərh edir gah süd qayırmağı; Ki qatıqdan belə çəkin yağı. S.Ə.Şirvani.
2. Bina etmək, qurmaq, tikmək. [Məhəmmədəli:] Elə artıq hesab deyil, ağa... Təndirxana uçmuşdu, onu qayırmışam. N.Vəzirov. // Düzəltmək, təşkil etmək. [Məstan bəyin] özünə hər tərəfdən təzyiq etdilər və axırda da evini alıb, klub qayırdılar. B.Talıblı.
3. Hazırlamaq, düzəltmək, qurmaq. [Bayram:] Çox yaxşı, əgər mən bir hiylə qayıram ki, Tarverdi aradan çıxa, sən azad qalasan, ona razısanmı? M.F.Axundzadə. [Şahnisə:] Ay uşaq, cəld bir ocaq qayırın, qəhvə içək, – dedi. Çəmənzəminli.
4. Təmir etmək, əyər-əskiyini, çatışmayan yerlərini düzəltmək. Damın axan yerini qayırmaq.
5. İş görmək, bir işlə məşğul olmaq. Orada nə qayırırsan? Bu vaxta qədər evdə nə qayırırdın? // Etmək, bacarmaq, əlindən gəlmək. Camaatın qabağında Fərhad bəy nə qayıra bilər? Qantəmir. Bu ayıqlığın qabağında [Cuma] nə qayıra bilərdi? Ə.Əbülhəsən.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qayırmaq

qurmaq, tikmək
{kurmak, dikmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qayırmaq

bina etmek, dikmek, düzeltmek, hazırlamak, imal etmek, istihsal etmek, iş görmek, kurmak, meşgul olmak, tamir etmek, yapmak


Son arananlar: