turklehceleri.org

qarqara

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qarqara

I. is. xüs. Ağır şeyləri qaldırmaq üçün yüksəkdə mil üstündə dolanan və üzərindən ip sallanan çarx. // Ümumiyyətlə, üzərinə ip, sap sarınan çarx. Dağın cəhrəsində əyrilən hər sap; Dağa sarınmışdır, bu sirri sən tap! Sanma çöl bağrında dağ bir yaradır; Əsrlər yaşamış bir qarqaradır. Şəhriyar.

II. is. Ağzı, boğazı yaxalama, dezinfeksiya etmə. // Ağzı, boğazı dezinfeksiya etmək üçün işlədilən maye dərman. Çobanyastığı çiçəklərindən hazırlanan dəmləmələrdən qarqara dərmanı kimi istifadə edilir. Əliyev. • Qarqara etmək – ağzı, boğazı su və ya qarqara dərmanı ilə yaxalamaq, dezinfeksiya etmək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qarqara

I. çarx
{çark}

II. yaxalama
{yakalama}


Son arananlar: