qapılmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qapılmaq
I. “Qapmaq”dan məch. Əlindən qapılmaq. Papağı başından qapıldı.
II. t-siz. Bir şeyə həddindən artıq aludə olmaq, uymaq, bütün fikrini, özünü tamamilə bir şeyə həsr etmək. Elmə qapılmaq. Kitaba qapılmaq. – Lakin Tütünçüoğlu, gənc olduğuna baxmayaraq, başqaları kimi həlli müşkül olan arzulara qapılmazdı. M.S.Ordubadi. ..Lakin buna baxmayaraq, o hər an hissə qapılmayacağına söz verir. M.Hüseyn. // Bir şeyə həddən artıq başı qızışaraq, başqa şeyləri unudub, yalnız onun haqqında düşünmək. Hər gün qapılır bir yeni xülyaya bizim qız! Ə.Nəzmi. [Kərimxan] bütün varlığı ilə başladıqları işin şövqünə qapılmışdı. M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qapılmaq
I. dartılmaq
{tartılmak}
II. uymaq
{uymak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qapılmaq
kapılmak
Son arananlar:
- flotchi,
- qatlama,
- təfsilatlı,
- casmin,
- fore,
- disparity,
- madder,
- aljyraňňylyk,
- İÇMEK,
- Middle,
- üdik,
- Ərzaq,
- kewelmek,
- Molekulyar,
- sakinleştirmek,
- totkol,
- preparation,
- yeğnisemek,
- MANA,
- gitçelik,
- tent,
- qapılmaq