turklehceleri.org

pərəstiş

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

pərəstiş

is. [fars.]
1. Sitayiş etmə, tapınma, ibadət etmə, səcdə etmə. • Pərəstiş etmək – sitayiş etmək, tapınmaq, ibadət etmək, ilahiləşdirmək, səcdə etmək. Bütlərə pərəstiş etmək. – Bir güruh eylər pərəstiş vəhdətə.. H.Cavid. // Dərin hörmət.
2. məc. Məftunluq, həddindən artıq vurğunluq; məhəbbət. • Pərəstiş etmək – məftun olmaq, həddindən artıq pərəstiş dərəcəsində sevmək. [Xavər Arifə:] Xavər sana etsə də pərəstiş; Heyhat, dönərmi bir də keçmiş!.. H.Cavid. [Surxay:] Sus, Aydın! Gültəkinin o şairanə heyətinə, o füsunkar gözəlliyinə hər kəs pərəstiş edir. C.Cabbarlı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

pərəstiş

I. sevgi, məftunluq
{sevgi, düşkünlük}

II. sitayiş, tə’zim
{ibadet, tapınma}

III. düşkünlük
{düşkünlük}


Son arananlar: