pərvazlanmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
pərvazlanmaq
f.
1. Uçmaq. Göyərçinlər pərvazlanır; Qərar tutmur yuvada. S.Rüstəm. Yalnız arabir su üzərində dəstə ilə uçuşan və təkdənbir suyun səthinə qədər enib, yenə də sürətlə havaya pərvazlanan (f.sif.) quşlar görünürdü. M.Hüseyn. // Qanad çıxarmaq, qanadı çıxmaq, uçmağa başlamaq. Laçın pərvazlanıb uçan vaxtıdır; Şikar ovlağına şux tərlan gəlir. Aşıq Şəmşir. Bala quş həmişə anasının yanında qalmır. Bir az böyüyəndən sonra pərvazlanır, özünə yuva tikir, ana olur. Ə.Abasov.
2. məc. Qanadlanmaq, qol-qanad açmaq, ruhlanmaq. [Qəndab:] ..Çox eşitmişdim ki, qızın üstünə ad qoyulan kimi o, qol-qanad açır, böyüyür, pərvazlanır. B.Bayramov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
pərvazlanmaq
uçmaq
{uçmak}