turklehceleri.org

pozulmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

pozulmaq

məch.
1. Üstündən xətt çəkilmək; silinmək, qaralanmaq (yazı haqqında). Yazılan pozulmaz. (Məsəl). Vaxtında dərsə gəlməyənlərin adı pozulacağı ehtimalı var idi. T.Ş.Simurq. Oğurluq haqqında çox yazıldı, pozuldu, heç bir şey çıxmadı. Mir Cəlal.
2. məc. Əhvalı pisləşmək, məyus olmaq; kefsizləşmək. Əhvalı pozulmaq. – Araz onun bu sözündən olduqca pozuldu. A.Şaiq. Kamal yuxudan ayılıb, atasının getdiyini biləndə çox pozuldu. M.Rzaquluzadə.
3. məc. Vəziyyəti pisləşmək, xəstəliyi ağırlaşmaq, halı xarablaşmaq. [Ağaverdinin] maaşı xərcinə çatmadığı bir zamanda səhhəti də pozulmuşdu. S.Hüseyn. [Hüseyn:] Hacı bu gün lap pozulubdur. Qantəmir.
4. məc. Bir-birinə qarışmaq, səliqəsiz halda olmaq, səliqədən düşmək. Gənc mühəndis saçlarının səliqəsi pozulmadığına tamamilə əmin olduğu halda, yenə əlini başından ayırmadı. M.Hüseyn.
5. məc. Adi qayda ilə inkişaf etməsinə maneçilik törədilmək, nizamsız hala salınmaq. Lakin bu gün Rüstəm kişinin evindəki ahəng pozulmuş, yerini soyuq bir sükuta vermişdi. M.İbrahimov. ..Kişisi cavan yaşında öldüyündən Durnanın həyatı pozulmuşdu. Ə.Sadıq.
6. bax. qarışmaq 6-cı mənada. Günorta hava pozuldu.
7. məc. İcazə verilməyən bir iş görülmək, qaydadan kənara çıxılmaq. Küçə hərəkəti qaydaları pozulmuşdur. İntizam pozulmuşdur.
8. məc. Maneçilik törədilmək, həyata keçirilməsinə yol verilməmək. İclas pozuldu. – [Yunis:] Bu nişan pozulmalıdır. Ə.Məmmədxanlı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

pozulmaq

I. silinmək, qaralanmaq, korlanmaq
{silinmek, karalanmak, yozlaşmak}

II. dağılmaq, səpələnmək
{dağılmak, serpelenmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

pozulmaq

yozlaşmak


Son arananlar: