parıldamaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
parıldamaq
f. Parıltı vermək, bərq vurmaq, parlamaq, işıldamaq. İşıq düşər qar üstünə, parıldar; Tapdalayan vaxtda onu xarıldar. A.Səhhət. ..Şərq buludları altun kimi parıldayır, Ay və ulduzlar sönük bir halda gözdən itirdi.. Çəmənzəminli. Dağlar, çəmənlər geyinər al, yaşıl; Yerlər, göylər parıldar işıl-işıl. H.Cavid. Mavi göylərdə axşam günəşinin son işıqları parıldayır. M.İbrahimov. // Az işıq vermək, işıq saçmaq, işarmaq, şəfəqlənmək. ‣ Gözləri parıldamaq – bax. göz.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
parıldamaq
işıldamaq, şəfəqlənmək, şö’lələnmək
{ışıldamak, şafaklaşmak, aydınlanmak}