oylaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
oylaq
is.
1. Məskən, yer, meydan. [Aşıq Cünun:] Mərd oylağı Çənlibeldi; Məhbub xanım, bizim yerlər. “Koroğlu”. Qıjıltı, gurultu tutur qulağı; Buradır köhnədən qaçaq oylağı. H.K.Sanılı. Şairlər vətəni bizim tərəflər; Tərlanın oylağı yadıma düşdü. S.Vurğun. // Obrazlı təşbehlərdə. Könlüm oylağını yaxın gəzəli; Çoxları küsəndi mana, bənövşə! S.Vurğun. Yazda, payızda, qışda gülür çəmənim, bağım; Dəmir köksümsə çoxdan vuruşlar oylağıdır. S.Rüstəm.
2. Düzənlik, geniş sahə. Sərin olur yaylaqları yurdumun; Vardır geniş oylaqları yurdumun. Aşıq Bəylər. Genişdir oylağı, gendir meydanı; Yenəndə çaylağa dağın dumanı. S.Vurğun.