turklehceleri.org

oxşamaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

oxşamaq

I. f. Bənzəmək. Anasına oxşamaq. Bir-birinə oxşamaq. – [Sona:] Baxıram, siz çox yaxşı adama oxşayırsınız. H.Nəzərli.

II. f.
1. Nəvaziş etmək, öz sevgisini, riqqətini ifadə etmək; nazlamaq. [Aslanın] belə kövrəldiyini görən Gilə arvad nəvəsini qucağına alıb .. oxşamağa başladı. Ə.Vəliyev. // Nəvaziş, sevgi, riqqət əlaməti olaraq əli ilə sığallamaq, əlini sürtmək. [Çoban:] Bunun nə qədər ağıllı və igid heyvan olduğunu bilsən, heç vurmazsan, – deyə itin başını əlləri ilə oxşadı. A.Şaiq. Gəl, ipək saçını oxşayım! Səninlə bir an da yaşayım.. M.Müşfiq.
2. məc. Xoşlandırmaq, ləzzət vermək, ruhunu oxşamaq. Xoş bir yel insanı oxşayır, köksünə sirli bir fərəh doldururdu. Çəmənzəminli. Xaçın çayı aşağı əsən sərin külək Nəcəfalı kişini oxşadı. B.Bayramov.
3. Ölü üçün oxuyub ağlamaq. Ölünü oxşamaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

oxşamaq

I. bənzəmək, eyniləşmək
{benzemek, aynılaşmak}

II. əzizləmək, sığallamaq, nazlamaq
{ağırlamak, sıvazlamak, nazını çekmek}

III. ağlamaq
{ağlamak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

oxşamaq

benzemek, okşamak


Son arananlar: