oxumaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
oxumaq
f.
1. Yazılmış bir şeyi gözdən keçirib səslə və ya səssiz qiraət etmək, mütaliə etmək. İngiliscə oxumaq. – Cənab Bax kağızı .. diqqətlə oxudu, sətirlərə təkrar-təkrar göz gəzdirdi, bir qüsur tapa bilmədi.. Çəmənzəminli.
2. Təhsil almaq, elm almaq, öyrənmək. Universitetdə oxumaq. Texniki peşə məktəbində oxumaq. – [Yusif:] Mən on il bundan müqəddəm Şamdan bəy ilə bir yerdə oxumuşam. N.Nərimanov. [Hacı] oxumamışdır, amma avam da deyil. Qantəmir. // Dərsi mənimsəmək, bilikləri, fənləri öyrənmək. Pis oxumaq. Əlaçı oxumaq. – Cəlil hərçənd məktəbə gedib-gəlirdi, ancaq oxuduğu bir şey yox idi. İ.Musabəyov. Qız böyüdükcə yaxşı oxuyur, ədəbiyyata xüsusi meyil göstərirdi. Ə.Əbülhəsən.
3. Mahnı və s. ifa etmək, bir şeyi hava ilə ifa etmək. Xalq mahnıları oxumaq. Xorda oxumaq. – Rəqqasə ərəb qızları oynar və arasıra oxuyarlar. H.Cavid. Ürək kövrəkləşir sən oxuyanda; Sən də dinləsəydin mən oxuyanda! M.Müşfiq.
4. Cəh-cəh vurmaq, civildəmək, ötmək (quşlar haqqında). Bülbüllər oxuyur. – Artıq sübh açılan vaxtı maral sürüləri .. dağlara qalxmır, günəş doğanda kənd bağlarında quşlar oxumurdu. Ə.Məmmədxanlı.
5. məc. Hiss etmək, sezmək, duymaq. Qəlbini oxumaq. Baxışlarından oxumaq. – Oxuyuram yeni həyat sövdasilə çırpınan; Əksiliyə üsyan edən könülləri hər zaman. M.Müşfiq. Bir az əvvəl sən öz .. raportunu mənə oxuyarkən mən də sənin gözlərində başqa şeylər oxumuşdum. Ə.Məmmədxanlı. ‣ Meydan oxumaq – bax. meydan.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
oxumaq
I. qiraətlənmək
{kıraat etmek}
II. duymaq, anlamaq
{duymak, anlamak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
oxumaq
çalışmak, okumak, ötmek