turklehceleri.org

nəql

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

nəql

is. [ər.]
1. bax. nağıl. Qəhrəman balaca Sabir üçün müxtəlif nəql danışırdı. S.Rəhimov. • Nəql etmək – bir əhvalatı, hadisəni, hekayəni və s. ardıcıllıqla danışmaq, söyləmək. O qədər çox ki, böyük işlərimiz; Onu nəql etməyə şerim aciz. M.Müşfiq.
2. köhn. Bir yerdən başqa yerə aparma, köçürmə, daşıma. • Nəql etmək – bir yerdən başqa yerə aparmaq, köçürmək, daşımaq. Başlarda bəlanı çox görüb əql; Bir özgə məqamə eylədi nəql. Füzuli. [Səkinə xanım:] Mən öləndən sonra məni qəbiristana nəql edin. M.F.Axundzadə.
3. xüs. Cərəyan, səs və s. keçirən; keçirici. • Nəql etmək – keçirmək, ötürmək. Mis elektriki yaxşı nəql edir.


Son arananlar: