namütənahi
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
namütənahi
sif. [fars. na... və ər. mütənahi] İntəhasız, nəhayətsiz, sonsuz, bitməyən, ucu-bucağı olmayan. [Əbülhəsən bəy:] Mənim varlığım, təbiri-cayizsə, təbiət fəlsəfələri kimi anlaşılmaz və axırı bilinməz namütənahi (z.) bir şəkil almışdır. M.S.Ordubadi. Öpərkən gecələr dəsti-səbahi; Duyurdum hərəkət namütənahi. S.Vurğun.