nalə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nalə
is. [fars.] Ah-zar, inilti, sızıltı, fəryad, fəğan. Seyyid, aşiq olanı bilmişəm aşiqlər işin; Ah imiş, nalə imiş, giryə imiş, şivən imiş. S.Ə.Şirvani. Məsum uşaqların naləsi, məzlum anaların fəryadı göylərə səda salmışdı. S.S.Axundov. • Nalə etmək (çəkmək, qoparmaq) – fəryad etmək, inləmək, ağlamaq. [Dərviş:] Qızım, neçə gün və neçə gecədir sən burada nalə edirsən?.. Ə.Haqverdiyev. Fəqət yenə ana qəlbi ayrılmamış övladından; Gecə-gündüz çörək deyib nalə çəkmiş hər laylası. S.Vurğun. ‣ Naləsi ərşə çıxmaq – ucadan ağlamaq, ah-zar etmək, fəryad etmək. [İmran:] O gün, yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. S.S.Axundov.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
nalə
nale, nida