mə’lum
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məlum
sif. [ər.]
1. Bilinən, bilinmiş; bəlli, aydın, aşkar, hamıya bəlli olan (məchul əksi). Məlum şey. Məlum məsələ. – Bunların biri cüzamlı Abbas idi, qalanının qaranlıqda kim olduqları məlum deyil idi. Çəmənzəminli. Quşun gözəlliyini təsvir etməyə nə mövcud rənglər, nə məlum kəlmələr kifayət edər.. M.Rzaquluzadə. • Məlum etmək (eləmək) – 1) görünmək, bəlli olmaq, aydın olmaq. [Gülbadamın] uşaqlıqda çiçək mərəzinə mübtəla olmağı üzündən məlum edirdi. N.Nərimanov; 2) xəbər vermək, bildirmək. ..Xəstəxana üçün dörd otaq aranır, hər kəsin böylə bir evi var isə, filan yerə məlum eləsin. İ.Musabəyov. Gecə ilə azançıları qalaya çıxarıb, minacat vasitəsilə sabah bayram olduğunu məlum edərdilər. H.Sarabski. Məlum olmaq – bilinmək, aydın olmaq, aydınlaşmaq. Kəndçilər etdilər dübarə hücum; Yenə oldu yalanlığı məlum. M.Ə.Sabir. [Xalası:] Bahar ali məktəbi bitirər, .. sonra hər şey məlum olar. B.Bayramov.
2. riyaz. Məlum olan, verilmiş (məchul əksi). Məlum ədəd. Məlumdan məchula. ‣ Məlum feil qram. – hərəkətin həqiqi icraçısının (subyektin) zahirdə olduğu feil növü.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
mə’lum
I. aydın, açıq, aşkar
{vazıh, açık, aşikâr}
II. məşhur, tanınmış
{meşhur, tanınmış}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məlum
belli, malum