turklehceleri.org

məğrur

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

məğrur

sif. [ər.]
1. Öz ləyaqətini, üstünlüyünü hiss edən, mənlik hissi olan; qürurlu, vüqarlı. [Rəmzi:] Alp Arslan, o məğrur insan; Geri dönmüş, sanırım, Ceyhundan. H.Cavid. // İs. mənasında. [Salman] məğrurlara .. xəlvətcə güzəştə gedir, üzlərinə gülümsəyirdi. M.İbrahimov. // məc. Əzəmətli, möhtəşəm, qürurlu. [Attal:] Hər yerə at sürdük, bu məğrur dünya; Duz ilə, çörəklə çıxdı qarşıya. A.Şaiq. İstəməm, axmasın gözlərin yaşı! Çatılmasın məğrur ölkəmin qaşı! M.Müşfiq. // Zərf mənasında. Əzəmətlə, həşəmətlə, qürurla. Budur Qız qalası, gözəl abidə; Onun məğrur duran qədim tağları. M.Rahim. Üstünə alovdan yağır bir yağmur; Sənsə qala kimi durmusan məğrur. N.Rəfibəyli.
2. Başqalarına xor baxan, lovğa, təkəbbürlü, təşəxxüslü, iddialı. Məğrursan, ey gül, xəbərin yoxdur özündən; Əyyami-xəzan gəlsə, xəbərdar olacaqsan. S.Ə.Şirvani. məğrur-məğrur zərf
1. bax. məğrurcasına. Başımızın üzərində üçrəngli bayrağımız məğrur-məğrur dalğalanır.
2. Təşəxxüslə, təkəbbürlə, lovğa-lovğa. Məğrur-məğrur baxmaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

məğrur

vüqarlı, qürurlu
{vakarlı, gururlu}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

məğrur

mağrur


Son arananlar: