turklehceleri.org

mətləb

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

mətləb

is. [ər.]
1. Arzu, istək, dilək, istənilən şey, məqsəd. Çox gözəl, çox yaxşıdır, lap Bakı məktəbidir; Məktəb bizim kolxozun çoxdankı mətləbidir. R.Rza. • Mətləbə yetmək (nail olmaq, çatmaq), mətləbi hasil olmaq – istəyinə nail olmaq, arzusuna çatmaq. Oldu, sədşükr, mətləbim hasil. S.Ə.Şirvani. Mətləb hasil olmamaq – xeyri olmamaq, heç bir şey çıxmamaq. Kənarda bir neçə gəzib dolanan görsənirdi, amma bunların heç birindən mənə bir mətləb hasil olmadı. C.Məmmədquluzadə.
2. Məsələ, məsələnin, işin mahiyyəti, əsil mənası, məğzi. Naəhl olana mətləbi qandırmaq olurmu? M.Ə.Sabir. ..Arifsən, gərək bir qıldan mətləbi başa düşəsən. C.Məmmədquluzadə. [Əsgər:] Hə, bəs mətləb elə buradadır ki, səhərdən bəri sənə deyirəm ki, axırı nə olsun. Ü.Hacıbəyov. [Dərviş:] Ruqiyyə mətləbi anladı, ətrafa baxdı.. A.Divanbəyoğlu.
3. Məsələ, iş. [Nurcahan:] Mən Səfiqulunun xalasıyam, səninlə bir mətləb üstə danışmaq istəyirəm. N.Vəzirov. Bu sorğu-sualsız da onun üçün mətləb aydın idi. S.Rəhimov. Məsmə başını aşağı salıb çətin bir mətləb qarşısında özünü itirmiş kimi dururdu. Mir Cəlal. • Mətləb üstə gəlmək (keçmək, qayıtmaq) – əsas məsələdən danışmaq, əsas məsələyə keçmək, əsas məqsədini demək. Burada bir balaca haşiyə çıxıb da mətləb üstə qayıdarıq. Ə.Haqverdiyev. [Dədə Qorqud] Qoçər ilə ozan dililə danışdı, mətləb üstə gəldi. M.Rzaquluzadə. Fərman yavaş-yavaş mətləb üstə keçdi. Mir Cəlal. Mətləbə dəxli yoxdur – əsas məsələyə aid deyil, işə dəxli yoxdur.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

mətləb

I. mahiyyət, məzmun
{içerik, konu}

II. məqsəd, murad, məram, istək, arzu
{maksat, amaç, hedef, istek, arzu}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

mətləb

maksat


Son arananlar: