məsul
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məsul
sif. [ər.]
1. Üzərinə məsuliyyət qoyulan, cavabdeh olan; cavabdeh, cavabdəhəndə, sorğulu. Mirzağa [Cəmiləni] istirahət evinin bir xidmətçisi və ya məsul bir işçisi zənn etdi. S.Hüseyn. Qəza komitəsinin məsul katibi Nəimovla Cəmil ilk dəfə görüşdü. Mir Cəlal. • Məsul olmaq – cavabdeh olmaq, üzərində məsuliyyət olmaq. O, bu işə məsul olmaq istəmir.
2. Böyük əhəmiyyəti olan, çox mühüm, çox əhəmiyyətli; məsuliyyətli. O, bu çətin və məsul vəzifənin öhdəsindən istedadla gəlməkdə idi. Ə.Məmmədxanlı. Onlar belə bir məsul işə getdikləri üçün qürurlanırdılar. İ.Əfəndiyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
məs’ul
cavabdəh
{sorumlu}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məsul
sorumlu