turklehceleri.org

mərmər

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

mərmər

is. [lat.]
1. Heykəltəraşlıqda və memarlıqda işlənən müxtəlif rəngli kristallik dağ süxuru – kirəc daş. Ağ mərmər. Qara mərmər.
2. Sif. mənasında. Mərmərdən düzəldilmiş, üzərinə mərmər çəkilmiş. Mərmər heykəl. Mərmər pilləkən. Mərmər divar. – Binanın dörd tərəfi mərmər balkondan ibarət idi. M.S.Ordubadi.
3. Sif. mənasında. Mərmər kimi ağ, hamar, parlaq. Mərmər üz. Mərmər bədən. – Əziziyəm bağ sinə; Səyyad keçər, dağ sinə; Baxdım, huşum apardı; Mərmər buxaq, ağ sinə. (Bayatı). İsti olmağına görə qız ağ mərmər döşünü açmışdı və hərdənbir ətrafına baxıb guya ləzzət aparırdı. N.Nərimanov. ‣ Mərmər xul zool. – yeyilən xul balığı növlərindən biri. Mərmər xul – başının qalınlığı hündürlüyündən azdır. Çənələri eyni uzunluqdadır. Alnının eni gözünün diametrindən azdır. Y.Əbdürrəhmanov.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

mərmər

mermer


Son arananlar: