mələk
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
mələk
is. [ər.]
1. Dinə görə, Allahın göstəriş və əmrlərini yerinə yetirən, çox gözəl qadın surətində qeyri-maddi qanadlı bir məxluq; məlaikə. Mədhin oxur göy üzündə mələklər; Hər biri bir türfə nidayə düşər. M.V.Vidadi. Cənnətin hurisi, ərzin mələki; Yetişməz yüz çala əl-ayaq sənə. Q.Zakir. Ümid bağlamadın göydə mələkə; Dedin ki, yer qızı ondan gözəldir! S.Vurğun.
2. məc. Çox gözəl və ya məsum, xoşxasiyyət adam haqqında. Çöllər, təpələr doldu; Şən üzlü mələklərlə. A.Şaiq. // Mələkim şəklində – nəvazişlə müraciət. [Turxan bəy:] Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələkim! H.Cavid. [Rüstəm:] Gözəl mələkim! Mən də fərağında məcnunam. C.Cabbarlı.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
mələk
melek