müzayiqə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
müzayiqə
is. [ər.] Əsirgəməmə, qıymama. [Səltənət:] Bizim fikrimiz həmişə sizin yanınızdadır. Əlimizdən gələnə nə müzayiqə! Mir Cəlal. • Müzayiqə etməmək (eləməmək) – əsirgəməmək, qıymamaq, olan şeyi verməkdən çəkinməmək. ..Bu bədbəxtliyin müqabilində əlimizdən gələn köməkliyi müzayiqə etməyəcəyik. C.Məmmədquluzadə. [Hacı Mehdi:] Gərək əlindən gələni müzayiqə eləməyəsən. Ə.Haqverdiyev. Mən həqiqətən Tamamı çox istəyirdim və heç bir şeyi ondan müzayiqə etməzdim. S.S.Axundov. Müzayiqə(si) yoxdur – verməyə hazıram, əsirgəmərəm, danmaram, edərəm, etiraz etmərəm. [Hacı:] ..Hərgah cənabınıza canım, malım .. lazım olsa, müzayiqəsi yoxdur! Çəmənzəminli. [Səfər kişi:] Baş üstə, mənim əlimdən nə gəlirsə, baş üstə! Müzayiqə yoxdur! Mir Cəlal.