turklehceleri.org

müzakirə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

müzakirə

is. [ər.] Hər hansı bir məsələ ətrafında müəyyən mülahizə və nəticəyə gələrək qərar çıxarmaq üçün bir yerdə oturub danışıq aparma, fikir mübadiləsi etmə. Dissertasiyanın müzakirəsi. – [Şərif:] Ocaqqulu dayı, onları müzakirədə danışarıq. C.Cabbarlı. Bir çox danışıq və müzakirələrdən sonra razılıq əmələ gəldi. S.Hüseyn. • Müzakirə etmək – hər hansı bir məsələni və ya işi həll etmək və müəyyən qərara gəlmək üçün fikir mübadiləsi etmək. Qərarın layihəsini müzakirə etmək. – Bu maddələri briqadalardan tutmuş mədənlərə qədər hər yerdə müzakirə ediblər. M.Hüseyn. Müzakirə olunmaq – haqqında iclasda, müşavirədə və s.-də danışılmaq, fikir mübadiləsi yeridilmək. Məhsul hazırlığı, taxıl biçini müzakirə olundu. Ə.Vəliyev. Müzakirəyə qoymaq – müzakirə etmək üçün məsələni iclasa qoymaq. [Həsənqulu bəy:] Həzərat! Gəlin bu məsələni müzakirəyə qoyaq. Ü.Hacıbəyov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

müzakirə

mübahisə
{görüşme}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

müzakirə

müzakere, tartışma


Son arananlar: