turklehceleri.org

müxtəsər

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

müxtəsər

sif. [ər.]
1. Təfsilatsız, yığcam, qısa (müfəssəl ziddi). Müxtəsər məlumat. Müxtəsər məktub. // Zərf mənasında. Bir açıq kağız alıb kəndimizə, Molla Cəfər rəfiqimizə müxtəsər yazdım. C.Məmmədquluzadə. Cavad öz döyüşçülərini ətrafına toplayaraq müxtəsər bir söhbət apardı. Ə.Vəliyev. • Müxtəsər etmək (eləmək) – uzatmamaq, qısaltmaq, qısa eləmək, tez qurtarmaq. Tulani şikayətlər edərdin bizə, Seyyid; Bəs ol şahi görcək nə üçün müxtəsər etdin? S.Ə.Şirvani. [Molla Kazım:] Müxtəsər elə, görürsən xalq məəttəldir. Ə.Haqverdiyev. [Əhməd:] Bəli, əhvalat uzundur. Mən müxtəsər edirəm. T.Ş.Simurq.
2. Ucuz, aşağı (qiymət haqqında). [Kənizləri] qul alanlar çox müxtəsər qiymətə alırlar. M.S.Ordubadi.
3. dan. Təntənəsiz, kiçik, balaca. Müxtəsər toy. Müxtəsər yığıncaq.
4. Ara söz məqamında – xülasə, sözün qısası. Müxtəsər, qarı ayağa durdu. (Nağıl). Nə bir namə, nə bir qasid; Heç biri, müxtəsər, gəlməz. Q.Zakir. Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. C.Məmmədquluzadə. • Müxtəsəri-kəlam köhn. – sözün qısası, xülasə, müxtəsər. Müxtəsəri-kəlam, padşah əhvalatı danışanda əyyar bildi ki, dədəsi budu. (Nağıl). Müxtəsəri-kəlam, bir belə ziyadə rəhmli padşahın təhti-əmrində zadəganlıq etmək nəhayət dərəcədə məlaləfza göründü. M.F.Axundzadə. ‣ Müxtəsər cümlə qram. – mübtəda və xəbərdən ibarət cümlə.


Son arananlar: