mütəəssir
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
mütəəssir
sif. [ər.] Bir hal və hissin təsiri ilə dəyişilmiş, qüssələnmiş, dərdlənmiş, əhvalı pozulmuş, təsirlənmiş. Mütəəssir hal. – Zeynal çox mütəəssir idi. S.Hüseyn. • Mütəəssir etmək – halını dəyişdirmək, kefini pozmaq, əhvalını pozmaq, kədərləndirmək, təsirləndirmək. Möhsünzadə bir qədər həssas adam idi. Onu hər şeydən artıq aralıqda qalacaq uşaqların faciələri mütəəssir edirdi. S.Hüseyn. Mütəəssir olmaq – əhvalı pozulmaq, qüssələnmək, kədərlənmək, təsirlənmək. Səkkiz il əvvəl olan bu əhvalatı Cəmil xatırlayırdısa da, yenə mütəəssir olmurdu. Mir Cəlal.