turklehceleri.org

mürəkkəb

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

mürəkkəb

I. sif. [ər.]
1. Bir neçə hissədən, ünsürdən ibarət olan (sadə ziddi). Mürəkkəb cümlə. Mürəkkəb cihaz. Mürəkkəb maddə. – Gənclər maşınla bərabər bu mürəkkəb mexanizmi hərəkətə gətirən cavan oğlanı da diqqətlə seyr edirdilər. Ə.Sadıq. // İbarət, əmələ gələn, düzəlmiş, təşkil edilmiş. İraq, Ərəb, Rey qoşunlarından mürəkkəb düşmən ordularına qarşı ancaq Azərbaycanda mövcud olan ordunu qoymaq mümkün idi. M.S.Ordubadi.
2. Tərkibini təşkil edən hissələrinə, ünsürlərinə, əlaqələrinə, münasibətlərinə görə çox müxtəlif olan; çoxcəhətli. Mürəkkəb elmi məsələ. Mürəkkəb problemlər. // Müxtəlif, bəzən də zidd xüsusiyyətləri, cəhətləri özündə birləşdirən (insanın daxili aləmi, hissləri haqqında). Mürəkkəb xasiyyət. O çox mürəkkəb adamdır.
3. Quruluşuna, şəklinə, formasına görə çətin başa düşülən; müəmmalı. Mürəkkəb ornament.
4. Başa düşülməsi, qavranılması, yerinə yetirilməsi, həlli və s. cəhətdən çətinlik törədən; çətin. Mürəkkəb sual. Mürəkkəb əməliyyat. – Şirvan şahlığı məsələsi mürəkkəb bir məsələdir. M.S.Ordubadi.

II. is. [ər.] Yazı yazmağa məxsus rəngli maye – boya. Qırmızı mürəkkəb. Qara mürəkkəb. – [Mirzə Səfər] dörd-beş kərrə qələmi mürəkkəbə batırdıqdan sonra durub otaqda bir-iki baş gəzindi. Ə.Haqverdiyev. Uşaq qələm, mürəkkəb və kağız hazırlayıb nə yazacağını gözlədi. Ə.Vəliyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

mürəkkəb

çətin, dolaşıq, qarışıq
{çetin, dolaşık, karışık}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

mürəkkəb

bileşik, karmaşık, kompleks, mürekkep


Son arananlar: