müqabil
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
müqabil
is. [ər.]
1. Qarşı, qarşı tərəf, üzümüzə baxan tərəf. Bizim müqabilimizdə bir irəvanlı əyləşmişdi. C.Məmmədquluzadə. Otağın üç qapısı var: biri sağdan, biri soldan və biri müqabildən. Ə.Haqverdiyev. ..Aktyorların avtomobili qadınlar dəstəsi müqabilində dayanmışdı. S.S.Axundov. // Sif. mənasında. Müqabil tərəf.
2. Müqabilində şəklində – əvəzində, qarşılıq olaraq, qarşısında. Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı da ancaq yaxşı əməllərin müqabilində əldə etmək olar. M.F.Axundzadə. [Məşədi] gündən-günə qiymətdən düşən kağız pulun müqabilində gündən-günə qiymətə minən dupduru qızıl alırdı. S.Rəhimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
müqabil
qarşı, üzbəüz
{karşı, rakip}