müftə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
müftə
sif. [fars.] Pulsuz, havayı, əvəzinə heç bir şey verilməyən; məccani. Müftə sirkə baldan şirindir. (Ata. sözü). [Heydər bəy:] Məyər Təbrizdə müftə mal tökülübdür, gedib yığışdırıb gətirək gələk? M.F.Axundzadə. // Zərf mənasında. Bəzi yerlərdə təsadüf olunur aşa, ətə; Müftə görcək tuturam kəndimi bozbaşa, ətə. M.Ə.Sabir. [Məşədi İbad bəylərə:] Kişinin hamamında iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Ü.Hacıbəyov. müftə-müftə zərf Boş-boş, havayı-havayı, nahaq yerə. Müftə-müftə “Nicat”, “Məktəb” demək ilə Fatıya tuman olmaz. C.Məmmədquluzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
müftə
havayı, məccani, pulsuz
{havaî, uçarı, parasız}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
müftə
bedava, beleş, fisebilillah