müdiriyyət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
müdiriyyət
is. [ər.] Bir idarənin, müəssisənin, məktəbin başda müdir olmaq üzrə rəhbərlik edən yüksək orqanı; direksiya. Müdiriyyətə müraciət etmək. – Nəhayət, nə müəllimlər, nə sinif rəhbəri, nə də müdiriyyət [Varisin] başıpozğunluğunun qarşısını ala bilmədiklərindən məktəbdən qovuldu. A.Şaiq. [Vəzirbəyli] çox cəhətdən müdiriyyətin işini bəyənmirdi. Mir Cəlal.