turklehceleri.org

mübtəla

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

mübtəla

sif. [ər.]
1. Aludə, düçar, giriftar, tutulmuş. Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman; Özümdən həm betər bir dərdə onu mübtəla gördüm. Füzuli. [Fərman:] Aya, görəsən, o da mənim kimi dərdə mübtəladır, ya salamatdır? Ə.Haqverdiyev. • Mübtəla etmək (eləmək) – düçar etmək, giriftar etmək. Tökür sirişk əvəzində gözüm üzə al-qan; Olubdu çünki könül zarü mübtəlası gülün. X.Natəvan. [Əbdül:] Allah heç kəsi qumara mübtəla eləməsin. Ə.Haqverdiyev. Mübtəla olmaq – düçar olmaq, giriftar olmaq, tutulmaq. Əziz balalar! Biz anadan təvəllüd tapıb da bu mərtəbəyə yeriş etməkdə böyük zəhmətlərə, ağır məşəqqətlərə mübtəla olduq! N.Nərimanov. [Qurbanqulu:] Sən də, mən də, ikimiz də bir dərdə, bir qəmə mübtəla olmuşuq. T.Ş.Simurq. Mübtəla qılmaq – bax. mübtəla etmək (eləmək). Az eyləmə inayətini əhli-dərddən; Yəni ki çox bəlalərə qıl mübtəla məni. Füzuli. Səbəb nə oldu məni hicrə mübtəla qıldın? X.Natəvan.
2. Bir şeyin həddindən artıq aludəsi, düşkünü, azarkeşi. Oğul da deyirdi: – Mən xəstəyəm, tiryəkiyəm, tərk edə bilməyirəm, mübtəlayəm. S.Hüseyn. Əkbər elm adamı, kitab mübtəlası da deyildi. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

mübtəla

aludə, giriftar, düçar
{vurgun, tutkun, çaresiz}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

mübtəla

manyak


Son arananlar: