turklehceleri.org

mövcud

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

mövcud

sif. [ər.]
1. Var olan, göz qabağında olan, hazırda olan. Mövcud imkanlar daxilində. Mövcud quruluş. – Quşun .. gözəlliyini təsvir etməyə nə mövcud rənglər, nə məlum kəlmələr kifayət etməz. M.Rzaquluzadə. • Mövcud olmaq – var olmaq, olmaq. Dərya və qeyr yerlərdə mövcud olan sular daima buxar olaraq dövr edən havaya qarışır, yuxarı qalxır, bulud və duman olur. H.Zərdabi. [Nərgiz:] Səndən ağılsızlar mövcud olduğu halda, səni axmaq sayırlar, Zərli! B.Bayramov.
2. Mövcuddur şəklində – vardır. [Bağdadda] minlərcə xəlvətxanalar, meyxanalar və kef yerləri mövcuddur. M.S.Ordubadi. [Əntərzadə:] Yoldaşlar, əlbəttə, qüsurlarımız mövcuddur. Mir Cəlal.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

mövcud

mevcut


Son arananlar: