turklehceleri.org

möhtac

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

möhtac

sif.
1. Bir şeyə ehtiyacı olan, bir şeyə hacəti olub onu aradan qaldıra bilməyən. Möhtac adam. – Dedim: – Yol gəlmişəm, özüm də acam; Doğrusu, bir parça yemə möhtacam. S.Vurğun. // İs. mənasında. Köməyə, maddi yardıma ehtiyacı olan adam; yoxsul, kasıb, fağır. ..Biz möhtacları da görürük, sizi də. Mir Cəlal.
2. Xəbər şəkilçisi ilə: möhtacdır – ehtiyacı var, ...ehtiyac hiss edir. O, yaxşı bir müəllimə möhtacdır. – İnsan ömrünün ibtidasından intəhasına qədər möhtacdır təhsiliüluma. “Əkinçi”. ‣ Möhtac qalmaq – bax. möhtac olmaq. Möhtac qılmaq – bax. möhtac etmək. Çoxların qılıbsan çörəyə möhtac. Q.Zakir. Möhtac qoymaq – bax. möhtac etmək. [Kazım:] Ən böyük igidlik külfəti dosta-düşmənə möhtac qoymamaq imiş. Çəmənzəminli. Möhtac etmək – 1) ehtiyac içində saxlamaq, ehtiyaclı etmək; 2) asılı etmək, tabe etmək. Salma gəl dərdə məni; Yar, görsən bir də məni; Namərdə möhtac etmə; Kəs qurban mərdə məni. (Bayatı). Etməsin Tanrı səni kafərə, yarəb, möhtac! S.Ə.Şirvani. Möhtac olmaq – 1) ehtiyac içərisində olmaq, sıxıntı çəkmək; 2) hər hansı bir şey, xüsusən dolanacaq cəhətdən asılı olmaq, tabe olmaq. [Kəblə Cahangir:] Al bu saatı, verin, qıfılı açsın, namərdə möhtac olmaqdansa bu yaxşıdır. S.Rəhman. İnamla ucaltdıq anamız yeri; Biz möhtac olmadıq dosta, düşmənə. B.Vahabzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

möhtac

I. ehtiyaclı
{ihtiyaç sahibi}

II. yoxsul, kasıb
{yoksul, fakir}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

möhtac

muhtaç


Son arananlar: