turklehceleri.org

min

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

min

say.
1. Doqquz yüz doxsan doqquzdan sonra gələn ədəd, say – 1000. Min manat. Min nəfər. // Başqa saylarla birlikdə. Beş min kilo. İki min altı yüz adam. – Min doqquz yüz səkkizinci ilin ilk günləri çox soyuq keçirdi. M.Hüseyn.
2. Çoxlu, külli miqdarda, hədsiz, saysızhesabsız. Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq. Pəncərəsi ipək pərdəli evlərdə min təlaş var; min həşir. R.Rza. ‣ Min bir – çox, hədsiz. Min bir xəbər verir dünyadan bizə; Üstünü toz almış qalın kitablar. S.Vurğun. Min bir əməl arxasınca qoşmağı; Dürlü-dürlü ürəklərdən öyrəndim. M.Müşfiq. Min bir iztirab ilə keçən bir neçə saatda Əkbərin ürəyinə nələr gəlmədi? Mir Cəlal. Min cür, min cürə – çox, çoxlu, hədsiz, hədsiz-hesabsız, saysız. [Qarı:] Bağça desən, bağban desən var burda; Cana min cür dərman desən var burda. “Aşıq Qərib”. [Tapdıq] hər şeyə etiraz edir, hər sözə qulp qoyur, min cürə şıltaqlıq göstərirdi. Ə.Vəliyev. Min dərədən su götürmək – çox yerlərə baş vurmaq, çox şeydən danışmaq. Bir qrup adamlar da vardır ki, peşmansan bir söz sorasan, sənə cavab verincəyə qədər min dərədən su götürür. Qantəmir. Min yaşa! – çox yaşa! var ol! Ömrün uzun olsun! (alqış ifadəsi). Min yaşamaq – uzun ömür sürmək, çox yaşamaq. [Kosa:] ..Bircə bu kələkdən də çıxsaydım, yəqin min yaşardım. S.Rəhimov. Mində bir – çox az təsadüf olunan, az-az rast gəlinən. Mindən biri – çox az, cüzi hissə. Sinədə yarələrim saydı, dedi, min, cərrah; Səhv edib, bu hələ mindən birinin sayı deyil. S.Ə.Şirvani. min-min zərf və sif. Minlərcə, minlərlə sayılacaq qədər, son dərəcə çox, çoxlu. ..Atasından sonra köməksiz qalmağı və oxumağa məhəbbəti Bahadırı min-min fikirlərə salıb, bilmir idi ki, nə etsin. N.Nərimanov. Aydan işıqlıdır, gündən mənalı; Odur ilhamçısı minmin zəfərin. H.Arif.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

min

bin

Kırgızca – Türkiye Türkçesi Sözlüğü (Yudahin)

min-

binmek, ata binerek gezmek; ögüz min-: öküze binip dolaşmak; at min- yahut atka min- bk. at I; cöö cürgönçö, töö minger cakşı ats.: yaya gezmektense, deveye binmek iyidir; kayık min-: kayığa binmek; terezesi cerge minip oturgan cer üy: penceresi tam yere bitişik olan toprak ev (zeminlik).

Sahaca—İngilizce Sözlük (Straughn, 2006)

min

n. soup

pro. I; miene pro. mine

Dîvânü Lugâti’t-Türk Dizini (TDK)

min

ben· I, 60, 69 bkz> ben, men


Son arananlar: