turklehceleri.org

kəsik

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kəsik

1. sif. Kəsilmiş halda olan, iti bir şeylə kəsilib yaralanmış, cızılmış. Kəsik üz. Kəsik dəri. – Şaxta kəsik yerə daha bərk təsir edir. Mir Cəlal.
2. sif. Kəsilmiş, kəsilib götürülmüş, kəsilib atılmış. Kəsik barmaq (bilək). – Kəsik baş söyləməz. (Məsəl). [Əvvəlinci:] Malların əgər nişanları lazımsa deyim: – Birinin buynuzu qaradır, özü də arıq, qulağı kəsikdir.. N.Nərimanov. [Qızıl it] ..kəsik qulaqlarını oynadaraq qalın, boğuq səsi ilə hürər, nəşəmi pozardı. A.Şaiq. Kəndin qənşərinə çatanda Ataşın gözü birdən boz eşşəyin kəsik qulağına sataşdı.. Ə.Vəliyev.
3. sif. Kəsilib qısaldılmış, gödəldilmiş. Kəsik hörük. – [Qızın] sarı kəsik saçı xələtin yaxasına tökülmüşdü. Ə.Əbülhəsən.
4. is. Yarıq, kəsilmiş, tikilməyib açıq qoyulmuş yer (paltar və s.-də). Pencəyin kəsiyi. Tumanın kəsiyi.
5. is. Bir şeyin yaralaya (kəsə) biləcək qırığı, sınığı, parçası, tikəsi, hissəsi. Stəkan kəsiklərini yığmaq. Şüşə kəsiyi. // Qırıq, tikə, kəsilmiş parça. Ağac kəsiyi. – Ağa əlini yanına atıb odun kəsiyini götürdü. S.Rəhimov.
6. sif. Qırıq, kəsik-kəsik, uzun sürməyən, davam etməyən. Kəsik fit. Kəsik səs. – ..Ağılların qapısını kəsmiş itlərin kəsik hürüşləri gecənin qara pərdəsini yırtıb uzağa gedirdi. M.İbrahimov. Salon sakit, fəqət hərdən; Gəlir kəsik hıçqırıqlar. B.Vahabzadə.
7. is. xüs. Boru və s. şeylərin kəsilmiş yeri. Borunun kəsiyi.
8. is. tar. Çar Rusiyasında 1861-ci ildə təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilərə verilən kiçik torpaq hissəsi; nadel.
9. sif. məc. dan. Sahibsiz, başsız, yiyəsiz (uşaq, qadın haqqında). Kəsik uşaq. Kəsik qız. Kəsik qadın. // İs. mənasında. Öz kəsiyimizdir. kəsik-kəsik zərf Qırıq-qırıq, ara verərək, aramla. Ancaq məhkəmə salonundan bu qayda ilə çıxan kəsik-kəsik xəbərlər heç kəsi təmin edə bilməyirdi. T.Ş.Simurq. .. [Uşaq] kisədən bir ovuc dən götürüb həyətə səpdi və kəsik-kəsik fit verdi. M.Rzaquluzadə. Hardasa lap yaxında, deyəsən buxarının yanında, divardakı yarıqlardan birində gizlənmiş qarafatma kəsik-kəsik oxumağa başladı. İ.Şıxlı. • Kəsik-kəsik etmək (eləmək) – doğramaq, parçalamaq, hər tərəfini (yerini) kəsmək. Parçanı kəsik-kəsik eləmək. Şüşə əlimi kəsik-kəsik etdi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

kəsik

I. parça, tikə
{parça, bölüm}

II. çapıq, yarıq
{çizik, yarık}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

kəsik

kesik


Son arananlar: