turklehceleri.org

kəbə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kəbə

is. [ər.]
1. Məkkədə müsəlmanların müqəddəs saydıqları bina – qibləgah. Ey həqqi hər yerdə hazırdır deyən əgrinəzər; Bəs nə mənada seçərsən Kəbədən bütxanəni? Nəsimi. [Şeyx Nəim:] Eylədin Kəbə qarşısında yəmin; O bu gün məhv olurmu bir qız için? H.Cavid. // məc. Əsas, mərkəz. Mərhum Molla Tarqulu həmişə deyərdi ki, Danabaş kəndi yer üzünün Kəbəsidir, yəni mərkəzidir. C.Məmmədquluzadə.
2. məc. Ən əziz, ən istəkli, ən müqəddəs sayılan şey haqqında. [İmran:] Onun Kəbəsi mücrüdür ki, gündə yeddi dəfə başına dolansın. S.S.Axundov.


Son arananlar: