köklü
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
köklü
sif.
1. Torpaq altında kökü, rişələri olan. // Kökü üstündə olan, kökü ilə birlikdə. Kür çayı bəndini yaz yaran kimi; Köklü ağacları aparan kimi; Yardılar Qazaxın səfini fövrən. H.K.Sanılı. Köklü ağac kimi qopub yerimdən; Uçuram bir dərin boşluğa sarı. S.Vurğun.
2. məc. Yekə, böyük, möhkəm. Köklü qaya. [Firəngiz Şahinə:] Maşınımız köklü daşa ilişib, buna işığın nə köməyi dəyəcəkdir? B.Bayramov.
3. məc. Çoxlu qohum-əqrəbası, böyük nəsli olan. Köklü adam. Köklü ailə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
köklü
I. yerli-dibli
{dipli köşeli}
II. əsaslı
{esaslı}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
köklü
köklü