turklehceleri.org

kişnəmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kişnəmək

f.
1. Kişnərti səsi çıxarmaq. Buralardan yüyür, tez ötüş barı; İlxının kişnəyir ayğır atları. A.Səhhət. Kor at sahibinə yanaşıb qəmgin və titrək səslə ucadan kişnədi. M.Hüseyn. // məc. At kimi səs çıxarmaq, qaqqıldamaq.
2. məc. Uğultu səsi çıxarmaq; uğuldamaq. Göy kişnəyir. – Qum təpəsi kimi yeridikcə qar; Buludlar kişnədi, göylər ağladı. S.Vurğun. Siz yelkən açanda göylər kişnəyir; Günəş mayak olub sancılır suya. Ə.Cəmil.


Son arananlar: