kimsə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
kimsə
1. əvəz. Məlum olmayan şəxs, adam. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. Vaqif, bir kimsə ki bizdən yaşına; Yəqin bil ki, bizlən olmaz aşina. M.P.Vaqif.
2. Heç kim, heç kəs, heç bir adam, heç biri. Kimsə onun qabağına çıxa bilməz. Kimsəyə boyun əyməz. Kimsə gəlmədi. Kimsəni görmədim. – Bəs ki verməz yuxu göz açmağa fürsət kimsəyə; Sübh gün şənilə hər gün çeşmi-bidar axtarır. Qövsi. Kimsə bilməz ki, neçə yardən oldum məyus. S.Ə.Şirvani. Həyətdə kimsə yoxdu. S.Hüseyn.
3. Kimsədən şəklində – heç kimdən, heç kəsdən, heç bir adamdan. Kimsədən minnət götürməz. – Kim olduğumuzu yəqin ki, kimsədən soruşmadan bilirlər. M.İbrahimov.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
kimsə
herkes, kimse